EN

U-17 millimiz Bolqarıstanla üz-üzə gəlib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində ilk oyununu keçirib.

“İki sahil” xəbər verir ki,  B liqasının 2-ci qrupunda mübarizə aparan komanda Bolqarıstanla üz-üzə gəlib.  Plovdiv şəhərindəki "Xristo Botev" stadionunda baş tutan görüş heç-heçə bitib - 1:1. Azərbaycan millisinin heyətində Əli Bəşirov 39-cu dəqiqədə penaltidən fərqlənib.

Qeyd edək ki, U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.

Chosen
22
3
ikisahil.az

4Sources