EN

Modriçə sabiq klubundan təklif var

ain.az bildirir, Qol.az portalına istinadən.

Modriçə sabiq klubundan təklif var

Zaqreb "Dinamo"su "Milan"ın 40 yaşlı yarımmüdafiəçisi Luka Modriçin nümayəndələri ilə əlaqə saxlayaraq xorvatiyalı ulduzun doğma klubuna qayıtmaq ehtimalını müzakirə edib.

QOL.az xəbər verir ki, "The Touchline" nəşrinin yaydığı məlumata görə, Modriç yaşına baxmayaraq hələ də ən yüksək səviyyədə çıxış etmək niyyətindədir. "Milan" rəhbərliyi isə futbolçu ilə yeni müqavilə məsələsini aktiv şəkildə müzakirə edir və rəsmi razılaşmanın gələn ay elan olunacağı gözlənilir.

Qeyd edək ki, Luka Modriç Zaqreb "Dinamo"sunun yetirməsidir. O, vaxtilə paytaxt təmsilçisinin əsas heyətində 118 matça çıxıb, 32 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Xorvatiyalı yarımmüdafiəçi ötən yaydan etibarən "Milan"da çıxış edir. Bu müddət ərzində o, İtaliya klubunun heyətində 32 qarşılaşmada meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmənin müəllifi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
qol.az

2Sources