EN

Qazaxıstanda sosial mediada yazışmanın izlənilməsi ilə bağlı şayiələr təkzib edilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Astana, 24 mart, AZƏRTAC

Sosial media və mesajlaşma tətbiqi istifadəçilərinin guya Qazaxıstan Respublikasının Maliyyə Monitorinqi Agentliyi tərəfindən “tam izlənildiyi” ilə bağlı paylaşımlar yayılır.

AZƏRTAC Qazaxıstanın Dezinformasiya ilə Mübarizə Mərkəzinə istinadən xəbər verir ki, Agentliyin təklif etdiyi qaydalar yalnız ictimaiyyətə açıq məlumatların - maliyyə piramida cxemləri, onlayn kazinolar və qanunsuz lotereyaların reklamı ilə bağlı paylaşımların və repostların monitorinqinə şamil edilir. “Yəni, bu qaydalar vətəndaşların şəxsi yazışmalarının monitorinqini nəzərdə tutmur. Şəxsi mesajların “izlənməsi” ilə bağlı iddialar həqiqətə uyğun deyil və manipulyativdir”, - deyə məlumatda bildirilib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
azertag.az

2Sources