EN

Qarabağ Azərbaycana məxsusdur Simonyan Artsax sözü işlədən jurnalistə sərt cavab verdi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Ermənistan parlamentinin sədri Alen Simonyan "Qarabağ" əvəzinə "Artsax" sözünü işlədən jurnalistə sərt cavab verib.

Avtosfer.az xəbər verir ki, spiker media nümayəndələrinə iradını bildirib: "Niyə "Artsax" deyirsiniz? Bəs kimsə Ermənistanın bəzi ərazilərinə Azərbaycan adları verəndə niyə əsəbiləşirsiniz?".

Simonyandan bir vaxtlar özünün "Artsax" dediyini soruşduqda, spiker belə cavab verib: "Yanılmışam. O halda, xahiş edirəm, hansısa ölkədə kimsə Yerevanı İrəvan, Sevanı isə başqa cür adlandıranda narahat olmayın".

Jurnalistlərin Sevanın Ermənistan ərazisi olması ilə bağlı şərhlərinə parlamentin spikeri belə cavab verib: "Qarabağ da Azərbaycana məxsusdur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
8
avtosfer.az

10Sources