EN

“Qardaşım dedi ki, məni biabır etmisən, saçını qırxdır, adam kimi geyin” Niyaməddin Musayev

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bir dəfə qardaşım dedi ki, məni biabır etmisən. Rayonda deyirlər ki, bu nə saçdır, get onu qırxdır, adam kimi geyin”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Xalq artisti Niyaməddin Musayev “Zarafat bir yana” verilişində deyib.

“Gedib saçımı yığdım, başıma da papaq qoydum. Gəlib dedim ki, necədir? Baxdı ki, get, öz geyimini geyin. Bunu qırxdırsam, nə olacaq?! Necə varamsa, eləyəm. Qəbul edirsiniz edin, etmirsiniz etməyin. Dünyamı dəyişəndə də bu cür olacağam”, - müğənni bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
115
50
bakivaxti.az

10Sources