EN

"Lans"dan PSJ-yə sərt cavab: "Bu tələb ədalətli deyil"

Fransa Liqa 1-də PSJ klubunun Çempionlar Liqasındakı təqviminə görə oyunun təxirə salınması istəyi böyük qalmaqala səbəb olub.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisinin "Liverpul" ilə keçirəcəyi 1/4 final qarşılaşmaları arasına düşən "Lans" matçının vaxtını dəyişmək tələbi rəqib tərəfindən kəskin etirazla qarşılanıb.

"Lans" rəhbərliyi yaydığı rəsmi bəyanatda Liqa 1-in bəzi klubların Avropa maraqlarına görə formalaşdırılmasının idman prinsiplərinə zidd olduğunu bildirib. Açıqlamada qeyd olunur ki, oyunun təxirə salınması "Lans"ın 15 gün matçsız qalması, ardınca isə üç gündə bir oynaması deməkdir.

Klub bu cür yanaşmanın rəqabətə və Fransa futbolunun nüfuzuna kölgə saldığını vurğulayaraq güzəştə getməyəcəyini bəyan edib.

Hazırda liqa rəhbərliyinin bu gərginlik fonunda hansı qərarı verəcəyi maraqla gözlənilir.

Chosen
17
1
fanat.az

2Sources