Livan Xarici İşlər Nazirliyi regionda baş verən münaqişə fonunda ölkəyə təyin olunmuş İran səfiri Məhəmməd Rza Şeybaninin akkreditasiyasını ləğv edib.
Sitat.info “Kommersant”a istinadən xəbər verir ki, səfir martın 29-na qədər Livanı tərk etməlidir.
Qeyd edək ki, bundan əvvəl Livan hakimiyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu Livan Hizbullah hərəkatının İsrail ərazisinə hücumlarını faktiki olaraq idarə etməkdə günahlandırmışdı.