EN

Millimizin baş məşqçisi: "İndi yaxşı öyrənməliyik ki, rəsmi oyunlarda işimiz yüngül olsun"

"Azərbaycan millisinə yeni futzalçılar dəvət olunub. Onları yoxlamaq istəyirik ki, apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirək".

Sportal.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Yevgeni Kukseviç deyib.

Rusiyalı mütəxəssis yığmanın apreldə keçirəcəyi yoxlama oyunları öncəsi start götürən toplanış barədə danışıb: "Bunu nəzərə alıb, qısamüddətli olsa da, toplanış keçirməyi lazım bildik. Oyun planında üzərində işləməli olduğumuz məqamlar var. Eyni zamanda heyətimizdə bir neçə yeni futzalçı var. 

Uşaqların əhval-ruhiyyəsi yaxşıdır, tapşırıqları həvəslə yerinə yetirirlər. Çempionat oyunları arasındakı vaxtdan maksimum yararlanmağa çalışırıq. İndi yaxşı öyrənməliyik ki, rəsmi oyunlarda işimiz yüngül olsun".

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, aprelin 13-də və 15-də isə Aktau şəhərində Qazaxıstan yığması ilə yoldaşlıq görüşləri keçirəcək.

saytlarin hazirlanmasi

Chosen
39
sportal.az

1Sources