EN

Rubio Fransada G7 nazirləri ilə Ukrayna və Yaxın Şərqi müzakirə edəcək

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ dövlət katibi Marco Rubio martın 27-də Fransanın Cerney-la-Vil şəhərinə səfər edəcək və burada “Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri ilə Ukraynadakı münaqişə və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini Tommy Pigottnin yazılı bəyanatında bildirilir.

Onun sözlərinə görə, Rubio tərəfdaş ölkələrin xarici işlər nazirləri ilə görüşərək təhlükəsizlik sahəsində ümumi problemləri və əməkdaşlıq imkanlarını müzakirə edəcək.

Bəyanatda qeyd olunur ki, əsas mövzular sırasında Ukrayna münaqişəsi, Yaxın Şərqdəki vəziyyət, eləcə də qlobal sülh və sabitliyə yönələn təhdidlər yer alacaq.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
icma.az

1Sources