EN

İran Türkiyəyə qaz verilişini dayandırıb ümid Azərbaycanadır

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran İsrailin zərbəsindən sonra Türkiyəyə qaz tədarükünü dayandırıb.

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail ötən həftə İranın iri “Cənub Pars” qaz yatağına zərbə endirdikdən sonra qaz ixracı dayandırılıb. Bildirilir ki, 2025-ci ildə Türkiyənin təbii qaz idxalının 14 faizi İranın payına düşüb.

Qeyd olunur ki, Ankara hazırda qaz idxalını Rusiya və Azərbaycandan davam etdirir, həmçinin ölkənin müəyyən qaz ehtiyatları mövcuddur. İran qazının nə vaxt bərpa olunacağı isə hələlik məlum deyil.

Xatırladaq ki, martın 18-də İranın Buşəhr vilayətinin Assaluye rayon rəhbərliyi “Cənub Pars” yatağında İsrail və ABŞ zərbələri nəticəsində bir neçə obyektdə yanğın baş verdiyini açıqlayıb. Bundan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu regionda neft-qaz obyektlərinə hücum edə biləcəyini bəyan edib.

Daha sonra Qətərin “Qatar Energy” şirkəti Ras-Laffan sənaye zonasının raket hücumuna məruz qaldığını və ərazidə yanğın baş verdiyini bildirib. Qətər Müdafiə Nazirliyi hücumun İran ərazisindən buraxılan ballistik raketlə həyata keçirildiyini açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
45
modern.az

1Sources