İngiltərənin "Arsenal" klubunun müdafiəçisi Qabriel zədə səbəbindən Braziliya millisinin düşərgəsini tərk etmək məcburiyyətində qalıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası rəsmi məlumat yayıb.
28 yaşlı futbolçu İngiltərə Liqa Kubokunun finalında "Mançester Siti"yə qarşı keçirilən oyundan (0:2) sonra sağ dizində kəskin ağrılar hiss edib. Tibbi müayinələr və görüntüləmə testləri nəticəsində müdafiəçinin Fransa və Xorvatiyaya qarşı keçiriləcək yoldaşlıq görüşlərində iştirak edə bilməyəcəyi məlum olub.
CBF-dən heyətə onun əvəzinə yeni futbolçu çağırılmayacağı bildirilib.
"Cebheinfo.az"