EN

Lamiyə Vəliyeva dünya çempionatında erkən dayandı

Atletika üzrə qaçış yarışlarında ikiqat paralimpiya və dördqat dünya çempionu Lamiyə Vəliyeva Polşanın Torun şəhərində sağlam idmançılar arasında keçirilən qapalı məkanda dünya çempionatında uğurlu nəticə əldə edə bilməyib.

İdman.Biz xəbər verir ki, 23 yaşlı idmançı yarımfinal mərhələsinə yüksələ bilməyib.

O, 60 metr məsafəyə qaçışda çıxış edərək finiş xəttini 7.65 saniyəyə keçib və öz qrupunda 8 iştirakçı arasında sonuncu olub.

Beşinci qrupdan yarımfinala vəsiqəni isə Dina Eyşer-Smit (Böyük Britaniya), Ana Azevedo (Braziliya) və Zo Hobs (Yeni Zelandiya) qazanıb.

İdman.Biz
Məqalədə:
Chosen
45
idman.biz

1Sources