EN

Fernando Alonso kənarda qaldı!

“Aston Martin” komandası Yaponiya Qran-prisinin ilk sərbəst yürüşlərində (FP1) sürücü dəyişikliyini rəsmən təsdiqləyib. Ehtiyat sürücü Cak Krouford Suzukada Fernando Alonsonun yerinə sükan arxasına keçəcək.

İdman.Biz “RacingNews365” nəşrinə istinadla xəbər verir ki, bu addım komandanın gənc sürücülərlə bağlı məcburi kvotasının bir hissəsidir. Qərar “Aston Martin”in mövsümə çətin başlaması və AMR26 bolidini trasa çıxarmaqda çətinlik çəkdiyi bir vaxta təsadüf edir.

Komandanın üçüncü sürücüsü olan 20 yaşlı Cak Krouford Suzuka trasında real təcrübəsi olmasa da, simulyatorda aktiv şəkildə çalışaraq böyük işlər görüb. O, əvvəllər də iki dəfə FP1 sessiyasında iştirak edib və “Aston Martin” bolidləri ilə 3000 kilometrdən çox məsafə qət edib. Yaponiya Qran-prisi gənc sürücünün altı ay ərzində üçüncü FP1 sınağı olacaq.

İdman.Biz
Chosen
33
idman.biz

1Sources