EN

Qabriel zədə səbəbindən Braziliya millisinin düşərgəsini tərk edib

İngiltərənin "Arsenal" klubunun müdafiəçisi Qabriel zədə səbəbindən Braziliya millisinin düşərgəsini tərk etmək məcburiyyətində qalıb.

"Far.Az" xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) rəsmi məlumat yayıb.

28 yaşlı futbolçu İngiltərə Liqa Kubokunun finalında "Mançester Siti"yə qarşı keçirilən oyundan (0:2) sonra sağ dizində kəskin ağrılar hiss edib. Tibbi müayinələr və görüntüləmə testləri nəticəsində müdafiəçinin Fransa və Xorvatiyaya qarşı keçiriləcək yoldaşlıq görüşlərində iştirak edə bilməyəcəyi məlum olub.

CBF-dən heyətə onun əvəzinə yeni futbolçu çağırılmayacağı bildirilib.

Chosen
33
2
far.az

3Sources