EN

Azərbaycan millisinin futbolçusunu 5 klub istəyir ADLAR

ain.az, Fanat saytına istinadən bildirir.

"Şamaxı"nın müdafiəçisi Rüfət Abbasovun xidmətində 5 klub maraqlıdır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, cari mövsümün sonunda "aslanlar"la müqaviləsinin müddəti başa çatacaq 21 yaşlı futbolçunu "Neftçi", "Araz-Naxçıvan", "Turan Tovuz", "Kəpəz" və "İmişli" istəyir.

"Şamaxı" rəhbərliyi isə hazırda gənc milli üzvünün komandada qalması üçün onunla danışıq aparır. Düzdür, Rüfətə iş yerini dəyişməyəcəyi halda, maaşının artırılacağı ilə bağlı vəd verilib, amma digər klubların təklifləri ilə müqayisədə bu məbləğ də kölgədə qalır.

Xatırladaq ki, Abbasov əsas millidə debütünü DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiyata qarşı baş tutan ev oyununda (0:2) reallaşdırıb.

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
1
fanat.az

2Sources