EN

Azərbaycan 120 ölkəni geridə qoydu HESABAT

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

İqtisadi inkişaf və artım ölkələrin qlobal mövqeyini gücləndirsə də, onların irsi əsas fərqləndirici amillərdən biri olaraq qalır. Bir ölkənin mədəni irsi onun zəngin tarixinin və keçdiyi çətin mərhələlərin izlərini əks etdirir və bu da dünyanın müxtəlif yerlərindən turistləri cəlb edən əsas amillərdəndir. 

Modern.az xəbər verir ki, bu yöndə araşdırma aparan “CEOWORLD” jurnalının 2025-ci il üzrə mədəni təsir hesabatı yayımlanıb. 

Bu reytinq dünya üzrə zəngin mədəni irsi ön plana çıxararaq, incəsənətə, tarixə və ənənələrə təsir göstərməyə davam edən ölkələri vurğulayır.

“CEOWORLD” jurnalının 2025-ci il üzrə açıqladığı reytinqdə dünyanın 197 ölkəsinin mədəniyyət və tarixi irsə təsir gücü müəyyənləşib. Siyahıya zəngin tarixi və incəsənət ənənələri ilə tanınan İtaliya başçılıq edir. Yunanıstan və Misir isə ilk üçlüyü tamamlayır.

Reytinqə əsasən, Çin dördüncü yeri tutur və Hindistanı geridə qoyaraq önə çıxır. Fransa altıncı yerdə mövqeyini qoruyur, İraq isə yeddinci sırada yer alır. İlk onluğu İsrail səkkizinci, İran doqquzuncu və Türkiyə onuncu yerlə tamamlayır.

Azərbaycansa bu siyahıda 77-ci yerdə qərarlaşıb. Bu nəticə ölkənin zəngin tarixi, mədəni irsi və multikultural dəyərlərinin beynəlxalq səviyyədə necə tanındığını göstərir. Ümumilikdə isə ölkəmiz 100 üzərindən 74,12 balla qiymətləndirilib. Qeyd edək ki, bu bal siyahıda birinci yerdə duran İtaliyada 97,98-dir.

Region ölkələriSiyahıda xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin mövqeyi diqqət çəkir. Azərbaycan 77-ci yerdə qərarlaşdığı halda Gürcüstan 89-cu, Ermənistan isə 33-cü sırada yer alıb. 

Reytinqdə türk dövlətlərinin də mövqeyi xüsusi maraq doğurur. Türkiyə 10-cu yerdə qərarlaşaraq ilk onluğa daxil olub və zəngin Osmanlı və Anadolu irsi ilə seçilib.

Mərkəzi Asiya ölkələrindən Özbəkistan 61-ci, Qazaxıstan 67-ci, Türkmənistan 78-ci yerdə yer alıb. Qırğızıstan isə siyahıda yer almayıb.

MDB ölkələrinin mövqeyi

Siyahıda keçmiş Sovet məkanına daxil olan bir sıra ölkələr də yer alıb. MDB ölkələri arasında ən yüksək nəticəni Rusiya göstərib. Bu ölkə 19-cu yerdə qərarlaşıb. Digər ölkələrin sıralaması isə belədir:

Ermənistan – 33-cü yer 

Ukrayna – 54-cü yer 

Qazaxıstan – 67-ci yer 

Azərbaycan – 77-ci yer 

Türkmənistan – 78-ci yer 

Tacikistan – 83-cü yer 

Belarus – 87-ci yer 

Müharibə və münaqişə şəraitində olan ölkələrReytinqdə hazırda müxtəlif səviyyələrdə münaqişə və ya hərbi gərginlik yaşayan ölkələrin də mövqeyi yer alır.

Bu ölkələr arasında ən yüksək pillədə olan İsrail 8-ci yerdədir. Digər ölkələr isə aşağıdakı kimi sıralanıb:

İsrail – 8-ci yer 

İran – 9-cu yer 

Rusiya – 19-cu yer 

Ukrayna – 54-cü yer 

Suriya – 32-ci yer 

Yəmən – 79-cu yer 

Liviya – 72-ci yer 

Siyahının son 10-luğuReytinqin son pillələrində qərarlaşan ölkələr Afrika, Asiya və Avropa regionlarını əhatə edir. Son 10-luq belə formalaşıb:

Mali – 70.44 bal 

Monteneqro – 70.35 bal 

Albaniya – 70.26 bal 

Nepal – 70.07 bal 

Kosta Rika – 69.66 bal 

Bəhreyn – 68.74 bal

Kipr – 68.47 bal 

Laos – 67.97 bal 

Latviya – 67.83 bal 

Malta – 67.73 bal 

Qeyd edək ki, siyahının sonuncu pilləsində yer alan Malta belə 67 baldan yuxarı nəticə göstərib ki, bu da qlobal mədəni irs baxımından ölkələr arasında fərqlərin çox böyük olmadığını göstərir.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
modern.az

1Sources