Bakı. Trend:
2025-ci ildə Azərbaycanın Oman iqtisadiyyatına birbaşainvestisiyalarının həcmi 14,064 milyon ABŞ dolları təşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 13,893 milyon dollarvə ya 82,2 dəfə çoxdur.
Hesabat ilində Azərbaycandan birbaşa investisiyaların ümumihəcmində Omana reallaşan investisiyaların payı 0,6% təşkiledib.
2024-cü il ərzində Azərbaycandan Omana birbaşa investisiyalarınümumi həcmi 171 min ABŞ dollarına bərabər olmuşdu.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşaxarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Buisə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları vəya 6,4% azalma deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstəriciilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.