EN

Bernardo Silva Barselona nın formasını geyinmək istəyir

sport24.az saytına istinadən ain.az xəbər verir.

Bu yay "Mançester Siti"i ilə müqaviləsinin müddəti başa çatan Bernardo Silva karyerasını "Barselona"da davam etdirmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb. 

Mənbənin sözlərinə görə, "Barselona" da 31 yaşlı portuqaliyalının xidmətində maraqlıdır. Lakin onun mövqeyində oyunçuların həddindən artıq çox olması Kataloniya klubunu düşünməyə vadar edir.  

Silva Səudiyyə Ərəbistanı Pro Liqasından və digər klublardan sərfəli təkliflər aldığı üçün başqa variantları da nəzərdən keçirir. "Yuventus" və "Benfika" da Silva ilə bağlı planlar qurur. 

Qeyd edək ki. Bernardo Silva 2017-ci ilin iyulundan "şəhərlilər"in  formasını geyinir. Futbolçu cari mövümdə 42 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
sport24.az

1Sources