17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində bu gün ilk oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan Aqil Nəbiyevin komandası Bolqarıstanla qarşılaşacaq.
Plovdiv şəhərindəki “Xristo Botev” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17.00-da başlanacaq. Qarşılaşmanı Sloveniya və Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.
U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, martın 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.