EN

Azərbaycandan İsrailə pul köçürmələri artıb

Bakı. TurkicWorld:

2025-ci ildə Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,311 milyon ABŞ dolları təşkil edib.

TurkicWorld-un Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 571 min ABŞ dolları və ya 20,8% çoxdur.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində İsrailin payı 0,7% təşkil edib.

Həmçinin 2025-ci ildə İsraildən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 12,163 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 1,5 milyon ABŞ dolları və ya 10,7% azalma deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində İsrailin payı 1% təşkil edib.

2024-cü ildə Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,740 milyon ABŞ dolları, əks istiqamətdə isə 13,626 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.

Chosen
3
22
turkic.world

10Sources