EN

“Yuventus” “Barselona”dan 50 milyon avro tələb edir

“Yuventus”un müdafiəçisi Andrea Kambyazo karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, “Barselona” italiyalı futbolçunun xidmətində maraqlıdır.

İspaniya çempionu Kambyazonu yayda transfer etmək istəyir. Turin klubu 26 yaşlı sol cinah müdafiəçisi üçün 50 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, “Yuventus” Andrea Kambyazonu 2022-ci ilin yayında “Cenoa”dan 15 milyon avroya transfer edib. İtaliya millisinin üzvü cari mövsümdə “ağ-qaralar”ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
25
3
idmanxeber.az

5Sources