EN

İsrail Trampın İranla razılığa gəlmək istəyində ciddi olduğunu düşünür - KİV

BAKI, 24 mart. TELEQRAF

İsrail liderləri ABŞ Prezidenti Donald Trampın ən qısa müddətdə İranla birbaşa danışıqlara başlamaq və münaqişənin sülh yolu ilə həlli barədə razılığa gəlməkdə ciddi olduğunu düşünürlər.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” İsrail rəsmilərinə istinadla məlumat yayıb.

Donald Trampın mümkün danışıqlarla bağlı son açıqlamalarına baxmayaraq, İsrailin özü İran rəhbərliyi ilə məqbul razılaşma əldə etmək ehtimalına şübhə ilə yanaşır. İsrail rəsmiləri bunun qismən Tehranın Vaşinqtona etimadsızlığı ilə əlaqəli olduğunu düşünürlər.

Chosen
31
teleqraf.com

1Sources