EN

Minlərlə manat verilib alınır, amma çox zərərlidir

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yeni avtomobillərin salonundakı spesifik qoxu əslində plastik, üzlük və yapışqan materiallardan ayrılan kimyəvi maddələrin nəticəsidir. Kimya elmləri namizədi Andrey Doroxov bildirir ki, bu qoxu "deqazasiya" adlanan təbii proses zamanı yaranan uçucu üzvi birləşmələrdən qaynaqlanır.Onun sözlərinə görə, bu maddələrin konsentrasiyası sertifikatlaşdırma zamanı yoxlanılır və əksər insanlar üçün təhlükəsiz sayılır. Lakin tənəffüs yolları həssas olanlar, allergiyadan əziyyət çəkənlər və kiçik uşaqlar üçün bu qoxu ciddi narahatlıq yarada bilər. Xüsusilə yay aylarında salonun temperaturu 50-60 dərəcəyə çatdıqda, zərərli maddələrin ayrılması kəskin şəkildə sürətlənir.Bir çox sürücü bu qoxunu müxtəlif ətirlər və hava təravətləndiriciləri ilə yox etməyə çalışır. Lakin kimyaçı xəbərdarlıq edir ki, bu üsul tamamilə faydasızdır. Ətirlər havada olan kimyəvi maddələrin miqdarını azaltmır, əksinə, yeni maddələr əlavə edərək vəziyyəti daha da mürəkkəbləşdirir.Ən effektiv üsul isə mütəmadi olaraq avtomobilin pəncərələrini açıq saxlamaq və salonu havasındırmaqdır. İlk istifadə həftələrində qısa müddətli də olsa pəncərələri azca aralı qoymaq zərərli dumanın kənarlaşdırılmasına kömək edir. Tam təmizlənmə prosesi avtomobilin modelindən və material keyfiyyətindən asılı olaraq bir neçə ay çəkə bilər.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
62
demokrat.az

1Sources