Bu həftə iki yoldaşlıq oyunu keçirəcək Fransa millisi ciddi itki ilə üzləşib.
QOL.az "RMC Sport"s istinadÉ™n xÉ™bÉ™r verir ki, "Arsenal"ın müdafiəçisi Vilyam Saliba sıradan çıxıb.Â
23 yaşlı futbolçuya baldır nahiyəsində zədə diaqnozu qoyulub. Mərkəz müdafiəçisi bu səbəbdən milli komandanın heyətindən çıxarılıb.
Baş məşqçi Didye Deşam Salibanın əvəzinə "Kristal Pelas"ın müdafiəçisi Maksens Lakruanı komandaya dəvət edib. Bu, 25 yaşlı futbolçu üçün əsas milliyə ilk çağırışdır.
Qeyd edək ki, Fransa seçməsi martın 26-da Braziliya ilə, 29-da isə Kolumbiya ilə üz-üzə gələcək.