EN

İranın qaz obyektlərinə DƏHŞƏTLİ ZƏRBƏLƏR: İsfahan və Xürrəmşəhr YANIR

ABŞ və İsrailin İrana təşkil etdiyi hücumlar nəticəsində İsfahandakı qaz idarəsinin binasına və Xürrəmşəhrdəki qazpaylayıcı stansiyaya ciddi ziyan dəyib.

NOCOMMENT.az xəbər verir ki, “Fars” agentliyinin yaydığı məlumata görə, hücumlar zamanı yaxınlıqdakı yaşayış binaları da zərər görüb. Xürrəmşəhr rəsmiləri mərminin stansiyanın kənarındakı əraziyə düşdüyünü bildirsələr də, hələlik can itkisi barədə məlumat daxil olmayıb.

Qeyd edilib ki, bu hadisə ABŞ Prezidenti Donald Trampın tapşırığından qısa müddət sonra baş verib.

Xatırladaq ki, ötən gün Tramp İran tərəfi ilə aparılan konstruktiv danışıqları əsas gətirərək, Pentaqona İranın elektrik stansiyalarına və enerji infrastrukturuna zərbələri beş gün müddətinə dayandırmaq barədə göstəriş verdiyini bəyan etmişdi. Lakin son zərbələr regionda gərginliyin hələ də yüksək həddə qaldığını göstərir.

Sara,
NOCOMMENT.az

Chosen
44
nocomment.az

1Sources