EN

Deputat: "Mariya Zaxarova Azərbaycandan üzr istəməlidir!"

"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikirinə dair suala cavab verərkən mövzu ilə heç bir əlaqəsi olmadan Azərbaycanın ümumilli lideri Heydər Əliyevin adını hallandırdı. Zaxarovanın hərəkəti  diplomatik etikanın pozulmasıdır. Zaxarova bu məsələyə aydınlıq gətirməli, Azərbaycan qarşısında üzrxahlıq etməlidir".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

 

A.Mİrzəzadənin sözlərinə görə, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Rusiya ilə münasibətlərə xüsusi önəm verib, Rusiya ilə mehriban qonşuluq münasibətlərinin saxlanmasını həmişə əhəmiyyətli hesab ediblər: "Aidiyyatı olmadan Ulu Öndərin adının hallandırılması qəbuledilməzdir. Azərbaycan artıq bununla bağlı Rusiyaya öz etirazını bildirib. Hesab edirik ki, hər bir ölkə Azərbaycanın dəyərlərinə, simvollarına, tarixi şəxsiyyətlərinə hörmətlə yanaşmalıdır".

 

Aytəkin Qardaşova

Tarix: 24 Mart 2026, 12:45   
Chosen
46
pravda.az

1Sources