EN

Milliyə yeni baş məşqçi tapdılar - Prezident kimliyini gizli saxladı

Zinəddin Zidan Fransa millinin baş məşqçi postuna təyinatıyla bağlı Fransa Futbol Federasiyası (FFF) ilə şifahi razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, FFF prezidenti Filip Diallo artıq varisin seçildiyini təsdiqləyib.

Lakin o, yeni çalışdırıcının kimliyini açıqlamaq istəməyib.

Federasiya rəsmisinin sözlərinə görə, boş qalan vəzifə uğrunda beş fransız mütəxəssis mübarizə aparıb.

İddiaya görə, indiki baş məşqçi Didye Deşamı DÇ-2026-dan sonra Zidan əvəzləyəcək.

53 yaşlı mütəxəssis futbolçu kimi Fransa millisində 108 oyun keçirib və 31 qol vurub. O, məşqçi olaraq Madrid “Real”ını çalışdırıb.

Chosen
47
sportinfo.az

1Sources