EN

"Onları yoxlamaq istəyirik" - Millimizin baş məşqçisi

Ötən gündən Bakıda təlim-məşq toplanışına başlayan futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç hazırlığı dəyərləndirib.

Fanat.Az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti rusiyalı çalışdırıcının martın 26-dək davam edəcək hazırlıqla bağlı fikirlərini belə çatdırıb:

“Bizi aprel ayında 4 çətin oyun gözləyir. Bunu nəzərə alıb, qısamüddətli olsa da, toplanış keçirməyi lazım bildik. Oyun planında üzərində işləməli olduğumuz məqamlar var. Eyni zamanda heyətimizdə də bir necə yeni futzalçı var. Onları yoxlamaq istəyirik ki, apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirək. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır, həvəslə verilən tapşırıqları edirlər. Çempionat oyunları arasında da müəyyən qədər vaxt var. Bundan maksimum yararlanmağa çalışırıq. Öyrənməliyik ki, oyunlarda işimiz yüngül olsun”.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktau şəhərində Qazaxıstan yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Chosen
23
1
fanat.az

4Sources