EN

Tramp müharibənin başladığı o gecədən danışdı: "Sən idın..."

ABŞ-İsrail ittifaqı və İran arasındakı müharibənin 25-ci günündə Prezident Donald Trampın açıqlaması gərginliyi daha da artırıb. 

“Cebheinfo.az” xəbər verir ki, ABŞ Prezidenti Tennessi ştatının Memfis şəhərində keçirilən Təhlükəsizlik üzrə İşçi Qrupunun zirvə toplantısında İran əməliyyatı ilə bağlı qərar qəbul etmə anı barədə detalları paylaşıb. 

Tramp nüvə təhdidi səbəbindən başlanan əməliyyata görə məsuliyyəti birbaşa müdafiə naziri Pit Heqsetin üzərinə atıb. Tramp nüvə silahına malik İranın qəbuledilməz olduğunu vurğulayaraq, əməliyyatın başladığı o kritik gecəni bu sözlərlə təsvir edib: 

“Biz belə davam edə və ölənlərin sayını 50, 55 min, hətta 60 minə çatdıra bilərik. Bunun sonu yoxdur! Yaxud dayanıb Yaxın Şərqə doğru kiçik bir addım ata və bu böyük problemi tamamilə aradan qaldıra bilərik. 

Mən Pitə zəng etdim, general Keynə zəng etdim. Dedim ki, gəlin, danışaq. Yaxın Şərqdə bir problemimiz var, bu İrandır. Onlar 47 ildir ki, terrorun mənbəyidirlər. 

Pit, düşünürəm ki, ilk dəfə səsini çıxarıb “Gəlin, bunu edək” deyən sən idin. Çünki sən onların nüvə silahına sahib olmasına icazə verə bilməzdin”.

Chosen
36
1
cebheinfo.az

2Sources