EN

SEPAH İsrail və ABŞ hərbi bazalarına zərbələr ENDİRDİ

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin əsas nüvə obyektinin yerləşdiyi Dimona bölgəsinə, eləcə də Qırmızı dəniz sahilindəki İsrailin Eylat şəhərinə və bölgədəki bir neçə Amerika hərbi bazasına raket zərbəsi endirildiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

SEPAH-ın bəyanatında deyilir: "Dünən gecə həyata keçirilən 78-ci raket zərbələri dalğası zamanı Tel-Əvivin şimalındakı Dimona, Eilatdakı hədəflərə, eləcə də bölgədəki bəzi Amerika ordusu bazalarına hücum edilib".

Aminə ŞAHSUVARQIZI

Chosen
86
30
redaktor.az

10Sources