EN

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən böyük silah bazarlarından biri bağlanmaq riski ilə üz-üzədir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanda yerləşən Darrah Adamxel dünyada ən böyük silah bazarlarının yerləşdiyi məkanlardan biri hesab olunur.

Bir əsrdən artıqdır ki, bölgə sakinləri nəsildən-nəslə ötürülən bacarıqlarla odlu silahların istehsalı və satışı ilə məşğul olurlar.

Məlumata görə, burada istehsal olunan silahlar müxtəlif dövrlərdə bir sıra münaqişələrdə istifadə edilib.

Xüsusilə əfqan mücahidləri tərəfindən Sovet İttifaqına qarşı, eləcə də Taliban tərəfindən Pakistan hökumətinə qarşı bu silahlardan yararlanıldığı bildirilir.

Darrahı ziyarət etmək isə nadir hallarda mümkündür və adətən yalnız jurnalistlərə icazə verilir.
 

Bununla belə, Peşəvərdən olan bir şəxs əlaqələri vasitəsilə bir qrup xarici vətəndaş üçün keçmiş parlament üzvünün müşayiəti ilə bölgəyə səfər təşkil edib.


Qrup Peşəvərdən cənuba doğru dağlıq əraziyə təxminən bir saatlıq yol qət edib.

Səfər zamanı əvvəlcə qonaqlara çay təqdim olunub, daha sonra isə bölgənin məşhur silah mağazaları və emalatxanaları ilə tanışlıq təşkil edilib.

Yerli sakinlər uzun illərə dayanan sənətkarlıq ənənələri ilə fəxr etdiklərini bildiriblər.

Bununla yanaşı, onlar son dövrlərdə tələbatın azalması və dövlət nəzarətinin güclənməsi səbəbindən silah bazarlarının əvvəlki gücünü itirdiyini də etiraf ediblər.

Bölgədə təhlükəsizlik çoxsaylı yerli sakinlərin, o cümlədən keçmiş parlament üzvünün iştirakı ilə təmin olunub.

Bu hal silah istehsalı ilə məşğul olmağın zorakılığa meyillilik anlamına gəlmədiyini göstərir.

Qiymətlərə gəldikdə isə, yerli mənbələrin bildirdiyinə görə, tapançaların qiyməti təxminən 50 dollar, AK-47 tipli avtomatların qiyməti isə bir neçə yüz dollar səviyyəsində dəyişir. (Modern.az)









Bizim.Media

Chosen
48
1
bizim.media

2Sources