EN

"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik" - Yevgeni Kukseviç

Azərbaycan millisinə yeni futzalçılar dəvət olunub.
 
Moderator.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Yevgeni Kukseviç Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
 
Baş məşqçi aprel ayında komandanı 4 çətin qarşılaşmanın gözlədiyini diqqətə çatdırıb:
 
"Bunu nəzərə alıb, qısamüddətli olsa da, toplanış keçirməyi lazım bildik. Oyun planında üzərində işləməli olduğumuz məqamlar var. Eyni zamanda heyətimizdə bir neçə yeni futzalçı var. Onları yoxlamaq istəyirik ki, apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirək".
 
Kukseviç futbolçuların hazırlıq prosesinə ciddi yanaşdıqlarını vurğulayıb:
 
"Uşaqların əhval-ruhiyyəsi yaxşıdır, tapşırıqları həvəslə yerinə yetirirlər. Çempionat oyunları arasındakı vaxtdan maksimum yararlanmağa çalışırıq. İndi yaxşı öyrənməliyik ki, rəsmi oyunlarda işimiz yüngül olsun".
 
Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, aprelin 13-də və 15-də isə Aktau şəhərində Qazaxıstan yığması ilə yoldaşlıq görüşləri keçirəcək. Bakıdakı toplanış isə martın 26-dək davam edəcək.
 
Chosen
17
3
moderator.az

10Sources