Bakı. Trend:
Martın 23-də polis əməkdaşları paytaxt və respublikanınayrı-ayrı rayonlarında 2 avtomat silahı, 20 tüfəng, 4 patron darağıvə 119 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Trend xəbər verir ki, bubarədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Həmçinin, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləriilə martın 23-də ümumi çəkisi 8,6 kiloqrama yaxın narkotik vasitəvə 1000 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindənqanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.