EN

Elməddin Cəfərov: “Ayağımın ölçüsü 41 idi, 43 ölçü ayaqqabı alırdılar ki, bir-iki il geyinim...”

““Tək səbir” zamanında ən çox reytinq verən layihə olub”.

 

Pravda.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Xəzər axşamı" verilişində deyib.

 

Sənətçi vurğulayıb ki, həmin veriliş yayımlandığı dövrdə hamının diqqətlə izlədiyi yeganə layihə idi: “Hətta Azərbaycan çempionatının oyununu həmin saata salmırdırlar. Futbolçular da baxırdılar... Çox böyük, uğurlu layihə idi. O zaman 21 yaşım var idi... Arıq idim, bir kostyumum vardı... Qışda üşümürdüm, onu geyinirdim, elə bil, əynimdə palto var idi. Valideynlərimiz alırdılar ki, gələn il də geyinərsiniz. Ayağımın ölçüsü 41 idi, 43 ölçü ayaqqabı alırdılar ki, bir-iki il geyinim...”

 

Şəhanə Quliyeva

Tarix: 24 Mart 2026, 10:33   
Chosen
39
pravda.az

1Sources