EN

Netanyahu Trampa açıq dedi: razılaşma…

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla telefon danışığı apardığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Netanyahu bildirib ki, Ağ Ev rəhbəri İranla mümkün razılaşma ehtimalını görür.

Baş nazir vurğulayıb ki, belə bir razılaşma yalnız İsrailin “həyati əhəmiyyətli maraqlarını” qoruduğu halda qəbul oluna bilər. Onun sözlərinə görə, Təl-Əviv üçün təhlükəsizlik məsələləri hər cür diplomatik prosesdən üstün tutulur.

Bununla yanaşı, ABŞ-nin Tehranla təmaslar barədə açıqlamaları fonunda bölgədə hərbi əməliyyatlar dayanmayıb. İsrail ordusu həm İrana, həm də Livana zərbələr endirməyə davam edir./musavat.com/

Chosen
12
1
nocomment.az

2Sources