EN

II Liqa: Xankəndi ilə Qaradağ Lökbatan səfər sınağına çıxır

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan II Liqaında XIX tur davam edir.

Fanat.Az xəbər verir ki, tura bu gün keçiriləcək üç oyunla yekun vurulacaq. 

Liderlər "Qaradağ Lökbatan" və "Xankəndi" məhz ikinci oyun günündə meydana çıxacaqlar. Hər iki komanda, o cümlədən "Şəmkir" səfərdə oynayacaq. Qəzənfər Abbasovun baş məşqçisi olduğu lökbatanlılar İmişlidə "Kür-Araz"la, zirvədə qərarlaşan qarabağlılar isə "Göygöl"lə üz-üzə gələcək. "Şəmkir" isə "Ağdaş"ın qonağı olacaq. 

Xatırladaq ki, ötən gün baş tutan qarşılaşmalarda “Araz Saatlı” “Quba”nı, “Dinamo” isə “Ağstafa Gəncləri”ni 3:1 hesabı ilə üstələyib, “Şirvan” – “Şəki Siti” görüşündə məhsuldar heç-heçə (2:2) qeydə alınıb.

Azərbaycan II Liqası

XIX tur

24 mart

15.00. “Kür-Araz” – “Qaradağ Iökbatan”

Hakimlər: Nəriman Ağayev, Mirnihad Seyidov, Sadiq Əliyev, Hacıağa Həsənov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Törə Əhmədova.

İmişli. Heydər Əliyev adına şəhər stadionu.

15.00. “Göygöl” – “Xankəndi”

Hakimlər: Ceyhun Hüseynov, Anar Bədəlov, Əkbər Əliyev, Nail Nağıyev.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Göygöl. Olimpiya İdman Kompleksinin stadionu.

15.00. “Ağdaş” – “Şəmkir”

Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Əhməd Əhmədsoy, Nahid Xasıyev.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Mahal Məmmədov.

Ağdaş. Şəhər stadionu.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
fanat.az

2Sources