EN

Deputat qəfil dünyasını dəyişdi RUSİYADA KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

SSRİ ordusunun 1990-cı ildə Bakıda törətdiyi 20 Yanvar qırğınının iştirakçısı olmuş Rusiya Dövlət Dumasının deputatı Yuri Şvıtkin vəfat edib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

Bildirilib ki, Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini olan Yuri Şvıtkin 61 yaşında qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Şvıtkin 1990-cı ildə Sovet ordusunun Bakıya daxil olan Pskov hava-desant diviziyasında kəşfiyyatçı zabit kimi xidmət edib və 20 Yanvar hadisələrinin iştirakçısı olub.

O, VII və VIII çağırış Dövlət Dumasının üzvü olub və Krasnoyarsk diyarını təmsil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
11
konkret.az

10Sources