EN

Hyundai ABŞ və Kanadada 69 060 SUV avtomobilini geri çağırır

Bakı. Trend:

Cənubi Koreyanın "Hyundai Motor" şirkəti ABŞ və Kanadada 69 060ədəd üçcərgəli SUV avtomobilini geri çağırır.

Trend xəbər verirki, buna səbəb ikinci və üçüncü sıra oturacaqların insan və ya əşyailə təmas zamanı qatlanmasının qarşısını almalı olan sistemdəaşkarlanan nasazlıqdır.

Şirkət 2026-cı il istehsalı olan "Palisade" modelinin "Limited"və "Calligraphy" seriyaları üzrə geri çağırma sənədini Yol HərəkətiTəhlükəsizliyi üzrə Milli İdarəsinə təqdim edib. ABŞ-da isə bumodelin satışları dayandırılıb.

Məlumata görə, elektriklə tənzimlənən arxa oturacaqlarla bağlısərnişinlərin sıxışdırılması halları qeydə alınıb. Bu hadisələrdənbiri azyaşlı uşağın ölümünə səbəb olub.

Qeyd olunur ki, ötən ilin avqust ayının ortalarından bu ilmartın 9-dək şirkətə oturacaqlarla bağlı ümumilikdə 17 şikayətdaxil olub, dörd sərnişin yüngül xəsarət alıb.

Chosen
54
az.trend.az

1Sources