EN

Trent məşqə gecikdiyinə görə Arbeloadan və komandadan üzr istəyib

“The Athletic” qəzetinin verdiyi məlumata görə, “Real Madrid”in müdafiəçisi Trent Aleksander-Arnold komandanın məşqinə gec gəldiyinə görə üzr istəyib.

İdman.Biz bildirir ki, gecikmə, onun La Liqanın 29-cu turunda "Atletiko Madrid" üzərində 3:2 hesablı qələbə qazandığı oyunda start heyətində yer almamasına səbəb olub. Oyunçu 64-cü dəqiqədə meydana daxil olub və məhsuldar ötürmə edib.

Mənbənin məlumatına görə, Trent məşqçi Alvaro Arbeloa, kapitan Daniel Karvaxal və digər komanda yoldaşlarından üzr istəyib. Mənbələr qeyd edir ki, müdafiəçi “centlmen kimi” davranıb.

Bu mövsüm Trent La Liqada 14 oyun keçirib və üç məhsuldar ötürmə edib.

İspaniya çempionatının 29 oyunundan sonra “Real Madrid” 69 xalla turnir cədvəlində ikinci yerdədir. “Atletiko Madrid” 57 xalla dördüncü yerdədir.

İdman.Biz
Chosen
44
idman.biz

1Sources