EN

Azərbaycanda hansı klubun belə tərəfdarı var? - FOTOLAR

15 ildən sonra Premyer Liqaya qayıdan "Karvan-Yevlax" uğurlu ola bilmədi.

Aran təmsilçisi 25 turdan sonra 8 xalla sonuncu pillədə qərarlaşır.

Kollektiv sonuncu dəfə ötən ilin avqust ayında qələbəyə sevinib.

Çempionatın ən az qol vuran, ən çox qol buraxan komandası "Karvan-Yevlax"dı.

Qısası, mövsüm bərbad keçir, kollektiv Birinci Liqanın astanasındadır.

Amma bütün neqativlərə rəğmən yevlaxlı azarkeşlər yenə sevimli komandalarından üz çevirmirlər.

Məsələn, ən son "Zirə" ilə görüşə 2700 tamaşaçı gəlmişdi.

Bu, protokolda yazılan təxmini rəqəmdir.

Stadionda olan biri kimi deyə bilərəm ki, say bundan daha çox idi.

Təqdir olunası haldır.

Buna görə "Karvan-Yevlax" fanatlarına alqış düşür.

Məncə, baş məşqçi və futbolçuların onları üzmək haqqı yoxdur.

Ən azı son 8 turda toparlanıb, sadiq fanatlarını sevindirmək məcburiyyətdədirlər.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
29
sportinfo.az

1Sources