EN

Matçları qanunsuz izləyənlər cərimələnəcək

style='margin-bottom:10px;'>

Fransa Peşəkar Futbol Liqası ölkədəki azarkeşlərin 59%-nin yerli çempionatın oyunlarını qeyri-qanuni yollarla izlədiyini müəyyən edib.

QOL.az xəbər verir ki, GFFN nəşrinin yaydığı məlumata görə, söhbət cari mövsümdən gedir. 2025-ci ilin dekabr ayına olan məlumata əsasən, oyunların rəsmi yayımçıları olan "Ligue 1+" və "beIN Sports" kanallarında əlçatan olmasına baxmayaraq təxminən 2 milyon insan Liqa 1-in yayımlarına qeyri-qanuni yollarla giriş əldə edib.

Turnir rəhbərliyi maliyyə itkilərinin yüz milyonlarla avro təşkil etdiyini bildirib. Ölkə rəhbərliyi artıq bu rəqəmlərə reaksiya verib. Belə ki, qanunsuz yayımların həyata keçirildiyi IPTV xidmətlərinin həm yaradıcılarına, həm də istifadəçilərinə qarşı cərimələr tətbiq edilməklə ciddi tədbirlər görülməyə başlanılıb.

Chosen
20
1
teleqraf.com

2Sources