Robert Levandovskinin "Barselona"dakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
Offsideplus.az xəbər verir ki, bu barədə polşalı ulduz hücumçu özü açıqlama verib. O, gələcək karyerası barədə bu sözləri deyib:
"Barselona" ilə müqaviləm barədə bir yenilik yoxdur. Vaxtım olacaq, əyləşib, gələcəyim və seçimlərim barədə fikirləşəcəm".
Qeyd edək ki, Robert Levandovskinin Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Klub futbolçu ilə anlaşmanın müddətini artırmağı düşünmür.