EN

"Qızıl top" namizədləri: Yamal, Keyn...

style='margin-bottom:10px;'>

"Barselona"nın hücumçusu Lamin Yamal 2026-cı ilin "Qızıl top" mükafatı uğrunda mübarizədə əsas favoritdir. 

QOL.az xəbər verir ki, "The Touchline" nəşrinin bu günə olan məlumatına görə, siyahıda "göy-qırmızılılar"ın digər üzvü Pedri də yer alıb. Yenilənmiş reytinq cədvəlinə əsasən, ilk beşlikdə aşağıdakı futbolçular qərarlaşıb:

1. Lamin Yamal ("Barselona")
2. Harri Keyn ("Bavariya")
3. Kilian Mbape ("Real")
4. Pedri ("Barselona")
5. Erlinq Haaland ("Mançester Siti")

Qeyd edək ki, cari mövsümdə Lamin Yamal "Barselona"nın heyətində bütün turnirlər daxil olmaqla çıxdığı 40 matçda 21 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda kataloniyalılar 73 xalla La Liqa turnir cədvəlinə başçılıq edirlər. Çempionlar Liqasında isə komanda 1/4 finala yüksəlib və bu mərhələdə "Atletiko" ilə qarşılaşacaq.

Chosen
31
1
teleqraf.com

1Sources