EN

"Yuventus"un müdafiəçisi "Barselona"nın hədəfində

"Barselona" Andrea Kambiaso ilə maraqlanır.

Sportal.az "Sportitalia"ya istinadən xəbər verir ki, katalon klubu hər iki cinahda oynaya bilən universal müdafiəçi axtarır və 26 yaşlı italiyalı bu tələblərə uyğundur. "Yuventus" ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir. Luçiano Spallettinin gəlişindən sonra o, komandanın əsas oyunçularından biri hesab olunur.

“Barselona” son aylarda futbolçunu yaxından izləyir. Turin klubu isə onu 50 milyon avrodan baha qiymətləndirir və daha aşağı təklifləri qəbul etməyə hazır deyil.

Bu mövsüm Serie A-da Andrea Kambiaso 28 oyunda 3 qol və 3 assist edib.

saytlarin hazirlanmasi

Chosen
29
1
sportal.az

2Sources