EN

PSJ-nin Liqa 1 oyunları təxirə salınır?

style='margin-bottom:10px;'>

PSJ və "Strasburq" Avropa kuboku oyunları ərəfəsində Liqa 1-dəki qarşılaşmalarının təxirə salınması üçün müraciət ediblər.

QOL.az xəbər verir ki, PSJ Çempionlar Liqasının 1/4 finalında “Liverpul”la oyunlar arasında keçirilməli olan “Lans”la səfər matçının (11 aprel) təxirə salınmasını xahiş edib. “Strasburq” isə Konfrans Liqasının 1/4 finalında “Mayns”la görüşlərə görə “Brest”lə (12 aprel) oyunun ertələnməsi üçün müraciət edib.

Hər iki klub müraciətini Fransa Peşəkar Futbol Liqasına təqdim edib və məsələ ilə bağlı qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl də PSJ-nin müraciəti əsasında “Nant”la matçın vaxtı dəyişdirilmişdi.

Chosen
17
3
teleqraf.com

4Sources