EN

The Touchline “Qızıl top” mükafatına favoritləri açıqlayıb

“Barselona”nın hücumçusu Lamin Yamal 2026-cı il “Qızıl top” mükafatını qazanmağa favoritdir.

İdman.Biz bildirir ki, bu barədə “The Touchline” məlumat yayıb. Mənbənin məlumatına görə, “Barselona”nın digər oyunçusu Pedri də ilk 5-likdədir.

Əmsallara görə, bu günə olan 2026-cı il “Qızıl top” mükafatına namizədlərin yenilənmiş reytinqi:

1. Lamin Yamal (Barselona).
2. Harri Keyn (Bavariya).
3. Kilian Mbappe (Real Madrid).
4. Pedri (Barselona).
5. Erlinq Holand (Mançester Siti).

Bu mövsüm Lamin Yamal “Barselona”nın heyətində bütün yarışlarda 40 oyunda 21 qol vurub və 16 məhsuldar ötürmə edib.

İdman.Biz
Chosen
25
9
idman.biz

10Sources