EN

Lionel Jospen vəfat etdi 88 yaşlı sabiq baş nazir sosial islahatların müəllifi kimi tanınırdı

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fransanın sabiq baş naziri Lionel Jospen 88 yaşında vəfat edib. Ölkə siyasətində uzunmüddətli nüfuza malik olan Jospen sosial siyasət, əmək hüquqları və Avropa inteqrasiyası sahəsində bir sıra əhəmiyyətli islahatların müəllifi kimi yaddaşlarda qalıb.

Bakupost.az “Le Monde”yə istinadən xəbər verir ki, 1937 ci il təvəllüdlü Jospen siyasi fəaliyyətə Sosialist Partiyasında başlamışdı. O, 1997 ci ildən 2002 ci ilə qədər Fransa Respublikasının baş naziri vəzifəsində çalışıb və bu müddət ərzində bir sıra sosial və iqtisadi sahədə ciddi islahatlar həyata keçirib.

Onun rəhbərliyi altında qəbul olunmuş ən tanınmış qərarlardan biri 35 saatlıq iş həftəsi olub. Bu islahat əmək bazarında iş saatlarının azaldılması, işçilərin rifahının artırılması və işsizlik səviyyəsinin aşağı salınması məqsədilə təqdim edildi və həm Fransa daxilində, həm də Avropada geniş müzakirələrə səbəb oldu.

Jospen dövründə sosial rifah sahəsində də mühüm addımlar atıldı. Təhsil, səhiyyə və əmək hüquqları sahəsində bir sıra yeniliklər həyata keçirildi ki, bu da ölkədə sosial siyasətlərin gücləndirilməsinə xidmət etdi. Bu islahatlar onun sosial yönümlü siyasətçi kimi tanınmasına təsir göstərdi.

Fransanın Avropa siyasətində rolu da bu dövrdə gücləndi. Jospen Avropa inteqrasiyasına önəm verərək Paris Brüssel əlaqələrinin genişləndirilməsinə çalışdı və Fransa Avropa İttifaqı münasibətlərinin inkişafına töhfə verdi.

Lionel Jospen həmçinin ölkənin beynəlxalq siyasətində fəal rol oynayıb və bir sıra regional və qlobal forumlarda Fransa mövqeyini müdafiə edib.

Jospenin vəfatı Fransada və xaricdə geniş reaksiyalar doğurub. Siyasi xadimlər, siyasətçilər və keçmiş həmkarları onun sosial siyasət sahəsindəki fəaliyyətini yüksək qiymətləndiriblər. Onu Fransa siyasətində prinsipial, sosial ədalət yönümlü liderlərdən biri kimi xatırladıqlarını bildiriblər.

Cavid, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
www.bakupost.az

1Sources