EN

Taekvondoçularımız 5 medal qazanıblar

Martın 21-22-də Belçikanın Lommel şəhərində taekvondo üzrə “Belgian Open” beynəlxalq turniri keçirilib.

“İki sahil” xəbər verir ki, yarışın ilk günündə gənc taekvondoçularımız mübarizəyə qoşulublar. Komandamızın üzvləri 1 qızıl və 4 bürünc medal qazanıblar.

49 kiloqram çəki dərəcəsində çıxış edən Nilufər Borci bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Rasim Xəlilov (45 kiloqram), İlknur Əlimov (48 kiloqram), Mehriban İsmayıllı (46 kiloqram) və Allahverdi Məmmədov (+78 kiloqram) bürünc medal əldə ediblər.

Martın 22-də böyüklər arasında keçirilən yarışda "Paris-2024" Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedov (63 kq) bürünc medal qazanıb.

Yarışda beynəlxalq dərəcəli referi Aygül Abdullayeva ölkəmizi hakim kimi təmsil edib.

Chosen
10
12
ikisahil.az

10Sources