Futbol üzrə Azərbaycan II Liqasında XIX tura start verilib.
İdmanxeber.az xəbər verir ki, ilk oyunun günündə üç qarşılaşma baş tutub.
“Araz-Saatlı” öz meydanında “Quba”nı, “Dinamo” “Ağstafa Gəncləri”ni məğlub edib, “Şirvan” – “Şəki Siti” matçında isə qalib müəyyənləşməyib.
II Liqa, XIX tur
“Araz Saatlı” – “Quba” 3:1
Qollar: E.Xəlilli, 38, 60, 63 – V.Cəfərov, 5
Qırmızı vərəqə: V.Cəfərov, 85 (“Quba”)
“Dinamo” – “Ağstafa Gəncləri” 3:1
Qollar: Y.Qarayev, 37, V.Seyidov, 44, 90+5 (pen) – Ə.Bağırov, 35
“Şirvan” – “Şəki Siti” 2:2
Qollar: Ç.Məmmədov, 59, E.Rəsulov, 89 – Z.Fərzəliyev, 47, 75