EN

Şvartsenegger Konan rolu üçün məşqlərə başladı

78 yaşlı Hollivud aktyoru Arnold Şvartsenegger “Konan-varvar” filminin davamında öz roluna qayıtmaq üçün ciddi məşqlərə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.
 

Bildirilir ki, Şvartsenegger əvvəlkindən daha çox səy göstərir və fiziki formasının zirvəsinə qayıtmaqda qərarlıdır. Məlumatlı mənbənin sözlərinə görə, film üçün aktyorun “əfsanəvi varvar kralı” kimi görünməsi son dərəcə vacibdir.


“Kral Konan” adlanan layihə onilliklər boyu hazırlanıb. Filmin qəhrəmanı yenidən döyüşə çıxmalı olan yaşlanmış bir döyüşçüdür.

“Məhz bu rolu yenidən oynamaq üçün o, nəyin bahasına olursa-olsun bədənini yenidən döyüb hazırlayacaq! Uğursuzluq variant deyil”, — mənbə bildirib.

Məlumdur ki, Avstriya əsilli bodibilder karyerası ərzində çiyin, diz, dirsək və bud-çanaq oynağı zədələri ilə üzləşib, həmçinin bud-çanaq oynağının dəyişdirilməsi əməliyyatı keçirib. Açıq ürək əməliyyatlarından sonra ona kardiostimulyator da implantasiya olunub.
 

Oliver Stounun “Konan-varvar” filmi 1982-ci ildə ekranlara çıxıb. Varvar qəhrəman obrazı Robert İrvin Hovard tərəfindən 1930-cu illərdə fantaziya janrında yazılmış Hiboriya dövrü hekayələr silsiləsində yaradılıb. Qəhrəman haqqında film həmçinin Konanın macəralarına həsr olunmuş komikslər əsasında hazırlanıb.


Film прокatda 79 milyon dollar gəlir əldə edib və Şvartseneggeri əsl Hollivud ulduzuna çevirib. O, 1984-cü ildə çəkilən “Konan-dağıdıcı” adlı sikveldə də rol alıb, elə həmin il “Terminator” obrazını da canlandırıb.

Bizim.Media

Chosen
55
1
bizim.media

2Sources